Zakir Həsənov Türkiyənin Milli Müdafiə Universitetini ziyarət edib (FOTO)

Zakir Həsənov Türkiyənin Milli Müdafiə Universitetini ziyarət edib (FOTO)

Bakı. TurkicWorld :

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və digər dövlətlərdən olan həmkarları ilə birgə universitetin “Şərəf kitabı”nı imzalayıb.

Sonra qonaqlara Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təşkil olunan konsert proqramı təqdim edilib.