Son dəqiqə

Azərbaycan Özbəkistan Özbəkistanın Nəqliyyat Nazirliyi Orta Dəhlizin – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu

Azərbaycanla əməkdaşlıq Özbəkistan üçün həyati əhəmiyyət daşıyır - Nəqliyyat Nazirliyi

Bakı, TurkicWorld

Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Özbəkistan üçün Azərbaycanla əməkdaşlıq qlobal bazarlara çıxışın təmin edilməsi baxımından həyati əhəmiyyət daşıyır.

Bu barədə TurkicWorld-ə Özbəkistanın Nəqliyyat Nazirliyindən olan mənbə məlumat verib.

Bildirilir ki, son illər Özbəkistan və Azərbaycan arasında nəqliyyat-logistika əməkdaşlığı dinamik şəkildə inkişaf edir və artıq strateji xarakter alıb. Hər iki dövlət Asiya ilə Avropa arasında ən qısa və təhlükəsiz marşrutu təmin edən Xəzər dənizi üzərindən keçən Orta Dəhlizin – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi önəm verir.

"Mövcud dövrdə əməkdaşlıq üzrə geniş müqavilə-hüquqi baza mövcuddur: iqtisadi və nəqliyyat əlaqələrinin gələcək inkişafı üçün möhkəm əsas formalaşdıran təqribən 200 ikitərəfli sənəd imzalanıb", – mənbə qeyd edib.

Vurğulanıb ki, əldə olunan irəliləyişə əsasən, tərəflərin qarşısında nəqliyyat dəhlizinin daha da inkişafına dair genişmiqyaslı planlar dayanır.

"Özbəkistan Nəqliyyat Nazirliyi Azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq çərçivəsində infrastruktur sahəsindəki "dar boğazların" aradan qaldırılması, tranzit marşrutlarda rəqəmsallaşma və prosedurların sadələşdirilməsi, eləcə də əlverişli tarif şərtlərinin razılaşdırılması üzərində işləyir", – deyə qurumdan bildirilib.

Mövzuya görə xəbərlər