Son dəqiqə

Moskva və Bakı Yaxın Şərq üzrə məsləhətləşmələri genişləndirir Rus və Azərbaycan səfirlərinin görüşü Bakının bölgədə artan rolunu göstərir Ekspert: Azərbaycan Yaxın Şərq diplomatiyasında əsas aktora çevrilir Viktorov–Məmmədov görüşündə Suriya və Qəzza məsələsi müzakirə edildi Bakı İsrail–Suriya xəttində vasitəçi kimi önə çıxır Yeni Suriya rəhbərliyi ilə Azərbaycanın əməkdaşlığı genişlənir Analitik: Rusiya regionda balans üçün Azərbaycana ehtiyac duyur Azərbaycan qazının Suriyaya nəqli münasibətləri gücləndirdi Bakının neytral mövqeyi Yaxın Şərq diplomatiyasında təsirini artırır Azərbaycan XİN hələlik Viktorov–Məmmədov görüşünə şərh verməyib Azərbaycan Yaxın Şərqdə nüfuzunu artırır — Moskva bunu açıq şəkildə qəbul edir Bakının İsrail və Suriya ilə paralel dialoqu regional siyasəti dəyişir

Köhnə oyunçular geri çəkilir, Bakı irəli çıxır - İsraildəki görüşün pərdəarxası

BAKI, TurkicWorld, Qaynarinfo

"Rusiyanın İsraildəki səfirinin Azərbaycanın buradakı səfiri ilə görüşməsinin məğzində Bakının Yaxın Şərqdə rolunun artması amili dayanır".

TurkicWorld xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorovun Azərbaycan səfiri Muxtar Məmmədovla işgüzar görüşünü şərh edərkən deyib.

Ekspert qeyd edib ki, son zamanlar Bakının Suriyada rolu artıb:

"Bəşər Əsəd rejiminin devrilməsinin artıq bir ili tamam olur. Ötən dövr ərzində çox şey dəyişib. Yeni Suriyanın xarici, daxili siyasətində, qonşularla münasibətində xeyli dəyişiklik oldu. Bu bir il ərzində Suriya-Azərbaycan münasibətlərində olduqca ciddi müsbət inkişafı gördük. Antalya Forumunda Azərbaycan Prezidentilə Suriyanın keçid hökumət başçısı arasında görüş baş tutdu. Əhməd Şaraa Bakıya da gəldi. Daha sonra Azərbaycan qazı Suriyaya nəql olundu. Digər tərəfdən, Bakıda İsraillə Suriya arasında iki raund görüş oldu. Hansı ki, bu zaman Bakı olduqca pozitiv siyasi mühit sərgilədi. Azərbaycanın Qəzza və Yaxın Şərqdə baş verən digər hadisələr fonunda həm Suriya, həm də Fələstin məsələsində daha fərqli siyasət yürütməsi, habelə Qəzzada sülhün əldə olunması üzrə böyük konfransda iştirak etməsi anti-Azərbaycan təbliğatı aparan qüvvələrin məkrli planlarını məhv etdi".

Həmsöhbətimizin fikrincə, Rusiyanın İsraildəki səfirinin Azərbaycanın səfiri ilə görüşməsinin əsasında da məhz Bakının Yaxın Şərqdə rolunun artması amili dayanır:

"Azərbaycanın bu önəmli rolunu köhnə oyunçularla yanaşı, hətta ərəb ölkələri də qəbul edir. Yəni Azərbaycan həm İsrail, həm də ərəb, islam dünyası ilə dialoq mexanizminə sahib yeganə ölkədir. Rusiya və İranın əvvəlki kimi Suriyaya təsir imkanları yoxdur, olmayacaq da. Ona görə də Kreml ən azından regionla bağlı diplomatik münasibətlərin daha normal müstəviyə qayıtması üçün Azərbaycanın bu yolda önəmli bir mexanizm sərgiləməsini istəyəcək. Çünki məhz Azərbaycan bu məsələdə daha neytral mövqe tutur. Dünyada söz sahibi olmaq üçün Yaxın Şərqdə söz sahibi olmaq gərəkdir. Bakı da bu reallığı görür və ona görə də yeni siyasi üfiqləri aşğama başlayıb".

Qeyd edək ki, məlumatlara görə, noyabrın 27-də Rusiyanın İsraildəki səfiri Anatoli Viktorovla Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov arasında işgüzar görüş keçirilib. Rəsmi açıqlamaya görə, söhbət əsas beynəlxalq və regional məsələlərə, xüsusən də Fələstin-İsrail münaqişə zonasındakı inkişafa və Suriyadakı hadisələrin dinamikasına yönəlib. Tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Xarici İşlər Nazirliyi hələlik məsələ barədə şərh verməyib.