Rusiya Türkiyə və Ukrayna ilə taxıl məsəsləsini müzakirə etməyə hazırdır – Lavrov

Rusiya Türkiyə və Ukrayna ilə taxıl məsəsləsini müzakirə etməyə hazırdır – Lavrov

Bakı. TurkicWorld:

Rusiya Türkiyə və Ukrayna ilə taxıl məsəsləsini müzakirə etməyə hazırdır. TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən G20 XİN rəhbərlərinin görüşü zamanı deyib.

O, belə bir görüşün nə vaxt keçirilə biləcəyi barədə heç bir fikri olmadığını bildirib.

Qeyd edək ki, G20 iclasında əsasən Rusiya ordusunun Ukraynada başlatdığı hərbi əməliyyat, bunun ərzaq və enerji təhlükəsizliyinə təsirləri, iqlim dəyişikliyi və koronavirusun yayılması məsələləri müzakirə ediləcək.

Onuda bildirək ki, görüşdə Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlu təmsil edir.

İndoneziyada G20 XİN rəhbərlərinin iclası iyulun 7-8-də keçirilir.