...

Məhkəmə Qırğızıstanın sabiq prezidentinə bəraət qazandırıb

Siyasət Digər xəbərlər 28 İyun 2022 17:34
TurkicWorld Daspina Hasanova
Məhkəmə Qırğızıstanın sabiq prezidentinə bəraət qazandırıb

Bakı. TurkicWorld:

Qırğızıstanın paytaxtı Bişkekdə məhkəmə ölkənin sabiq prezident Almazbek Atambayevə 2020-ci ildə iğtişaşların təşkili üzrə cinayət işində bəraət qazandırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Bişkekin Pervomaysk rayon məhkəməsinin qərarında deyilir.

Qeyd olunur ki, hakim bu iş üzrə A.Atambayevi təqsirsiz hesab edib. Məhkəmə işində dövlət ittihamçısı sabiq prezident üçün 12 il həbs cəzası tələb edirdi.

Xatırladaq ki, Almazbek Atambayev 2020-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərindən sonrakı iğtişaşların təşkilində ittiham olunaraq saxlanılmışdı.

Məqalədə:
Xəbərlər

Xəbər lenti