Azərbaycan hərbi pilotları və aviasiya vasitələri Türkiyədə beynəlxalq təlimlərə qatılacaq (FOTO)

Azərbaycan hərbi pilotları və aviasiya vasitələri Türkiyədə beynəlxalq təlimlərə qatılacaq (FOTO)

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminə hazırlıq məqsədilə brifinq keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, əvvəlcə iştirakçılara təlimin planlaşdırılması və keçiriləcəyi ərazi, ona hazırlıq prosesi, həmçinin mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edəcək.