Yunanıstan "Efes-2022" təlimlərini pozmaq cəhdləri uğursuz oldu - Ərdoğan

Yunanıstan "Efes-2022" təlimlərini pozmaq cəhdləri uğursuz oldu - Ərdoğan

Bakı. TurkicWorld:

Yunanıstanın Türkiyənin rəhbərlik etdiyi "Efes-2022" təlimlərini pozmaq cəhdləri uğursuzluqla nəticələnib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, "EFES-2022" təlimlərində 37 ölkənin nümayəndəsi iştirak edib, Afina onların yarıdan çoxunu manevrlərdə iştirak etməməyi xahiş edib:

"“Efes-2022” təlimlərində iştirak edənlərin demək olar ki, heç biri, o cümlədən ABŞ, Yunanıstanın təlimlərdə iştirakdan imtina etmək çağırışına məhəl qoymayıb".

Türkiyə dövlət başçısı əlavə edib ki, "EFES-2022" təlimləri Türkiyə millətinin nəyə qadir olduğunu hamıya göstərib.