Son dəqiqə

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)

ŞƏT sədrliyi Qırğızıstana keçib

BAKI, TurkicWorld

Şanxay Əməkdaşlıq Təşkilatının sədrliyi Qırğızıstan Respublikasına keçir və bu sədrlik "ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə" şüarı altında keçiriləcək.

TurkicWorld-in xüsusi müxbiri xəbər verir ki, bu, sentyabrın 1-də Tiencin şəhərində keçirilmiş üzv dövlətlərin dövlət başçıları Şurasının iclasının yekunları üzrə qəbul edilən Tiencin Bəyannaməsində əksini tapıb.

ŞƏT dövlət başçıları Şurasının növbəti iclası 2026-cı ildə Qırğızıstan Respublikasında keçiriləcək.

Mövzuya görə xəbərlər