Son dəqiqə

Azərbaycan Ermənistan Avropa İttifaqı Elşad Həsənov

Brüssel görüşü bizim növbəti diplomatik qələbəmizdir

Bakı. TurkicWorld:

"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə sayca üçüncü dəfə keçirilən görüş rəsmi Bakının təqdim etdiyi 5 əsas baza prinsipi əsasında aparılıb". Bu barədə "OLAYLAR"-a açıqlama verən politoloq Elşad Həsənovun sözlərinə görə, Şarl Mişelin görüşdən sonra mətbuata verdiyi açıqlamalardan gəlinən qənaət ondan ibarətdir ki, yaxın günlərdə sərhəddə sabitliyin təmin olunması və delimitasiya məsələlərinin müzakirəsi məqsədilə görüşlər keçiriləcək. Bildiyimiz kimi son günlər Ermənistan Kəlbəcər istiqamətində intensiv olaraq mövqelərimizi atəşə tutur ki, bu hadisə də Brüssel görüşündə müzakirə predmeti olub. Həmçinin tərəflər humanitar sahədə, ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin qaytarılması kimi məsələləri də müzakirə ediblər. Nəqliyyat, kommunikasiya əlaqələrinin bərpası və açılması məsələləri ətraflında danışıqların davam etdirilməsi barədə də görüşdə müəyyən razılıq əldə olunub. Sülh sazişinə gəlincə isə, tərəflər razılığa gəliblər ki, müəyyən mübahisəli məsələlər ətrafında müzakirələr aparmaq, əhalini sülhə hazırlamaq iqtiqamətində səylər davam etdirilməlidir. Hesab edirəm ki, bu məsələlər də əsasən Ermənistana aiddir. Çünki Azərbaycan tərəfi sülhə hər zaman hazır olduğunu bəyan edib. Şarl Mişelin açıqlamasında diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki. Aİ Şurasının prezidenti Qarabaöda yaşayanb etnik ermənilər ifadəsi işlətdi və hesab edirəm ki, bu ifadəyə ciddi diqqət yetirmək lazımdır. Çünki bu ifadə Azərbaycan tərəfinin səsləndirilib. Artıq Qarabağın statusu, Dağlıq Qarabağ kimi ifadələr deyil, Qarabağda yaşayan etnik ermənilərdən söhbət gedir və onların təhlükəsizliyinin təmin olunması zəruri sayılır. Bildiyimiz kimi Azərbaycanda kifayət qədər etnik xalqlar yaşayır və Azərbaycan dövləti də onların təhlükəsizliyini ən yüksək səviyyədə qoruyur. Ona görə də bu məsələdə hər hansı problem olmayacaq və Azərbaycan dövləti öz ərazisində yaşayan etnik ermənilərin də təhlükəsizliyini təmin edəcək. Yəni, artıq ermənilərin statusu, yaxud Dağlıq Qarabağ erməniləri deyil, Qarabağda yaşayan etnik ermənilərdən və onların təhlükəsizliyindən söhbət gedir ki, düşünürəm bu da bizim növbəti diplomatik qələbəmizdir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Brüssel görüşündə çox ciddi məsələlər ətrafında müzakirələr gedib".

Elşad Həsənovun sözlərinə görə, Brüssel görüşündən belə nəticəyə gəlmək olar ki, yaxın günlərdə sərhədlərin delimitasiyası məsələsi ilə bağlı İşçi Qrupu görüşəcək və bu istiqamətdə müəyyən işlər həyata keçiriləcək: "Sülh müqaviləsinin imzalanmasına gəlincə isə, hələlik müəyyən məsələlər tam həll edilməyib ki, bu da erməni tərəfindən irəli gəlir. Onu da qeyd edim ki, Brüssel formatında görüşlərin keçirilməsi və iyul-avqust aylarında növbəti görüşlərin keçirilməsi razılaşdırılıb".

Mövzuya görə xəbərlər