Bakı. TurkicWorld:
Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistanda ekskavatora atəş açılmayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilir ki, avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb", - qurumdan əlavə olunub.







