İƏT PA iştirakçılarının Şuşaya səfəri başlayıb

İƏT PA iştirakçılarının Şuşaya səfəri başlayıb

Bakı. TurkicWorld:

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçılarının Şuşaya səfəri başlayıb.

TurkicWorld-un məlumatına görə, qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar və daha sonra isə Şuşa şəhərinə yola düşüblər.

İƏT PA iştirakçıları Şuşada aparılan bərpa və quruculuq işləri ilə tanış olacaqlar, həmçinin Şuşa qala divarları, Şəhər meydanı, X.Natavanın malikanəsi, Cıdır düzü və M.P.Vaqifin məqbərəsini ziyarət edəcəklər.

Qeyd edək ki, dünən Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib. Konfransda Assambleyaya sədrlik Pakistandan Azərbaycana keçib.