Son dəqiqə

Türkiyə PKK Hulusi Akar XİN Tanju Bilgiç

Türkiyə Xarici İşlər Nazirliyi İraqa nota verib

Bakı. TurkicWorld:

Türkiyə, ölkənin silahlı qüvvələrinin Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirdiyi Pençe Kilit əməliyyatı ilə bağlı İraq rəsmilərinin əsassız açıqlamalarını pisləyir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç bildirib.

O qeyd edib ki, İraqın Ankaradakı müvəqqəti işlər vəkilinə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən müvafiq nota təqdim olunub.

Bilgiç vurğulayıb ki, İraq hakimiyyəti Türkiyənin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu terror qruplaşmasına qarşı qəti addım ata bilməyib.

“Türkiyə PKK terror təşkilatına qarşı mübarizədə ortaq maraqlar əsasında İraqla sıx əməkdaşlığa hər zaman hazırdır” – deyə, nazir nümayəndəsi əlavə edib.

Qeyd edək ki, bu il aprelin 18-nə keçən gecə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Pençe Kilit əməliyyatının başladığını açıqlayıb. Nazir bildirib ki, İraqın Metina, Zap və Avaşin-Basyan bölgələrində əməliyyat hərbi aviasiya dəstəyinin köməyi ilə həyata keçirilir.

Mövzuya görə xəbərlər