BAKI, TurkicWorld
Ermənistan baş naziri Nikol Paşinyan ilk dəfə Azərbaycanı və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
TurkicWorld xəbər verir ki, bu barədə Nikol Paşinyan "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.
"Azərbaycan Respublikası və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram", - deyə baş nazir yazıb.