Bakı. TurkicWorld:
Türkiyə müdafiə sənayes məhsllarının ixracatını artırmağı planlaşdırır belə ki , ötən il 3 milyard 224 milyon dollar dəyərində məhsul ixrac edən Türkiyə, 2022-ci ildə bu göstəricini 4 milyard dollara yüksəltməyi hədəfləyir.
TurkicWorld-un məlumatına görə bu barədə "SAHA" (İstanbul Müdafiə Aviasiya və Kosmik Texnologiyalar) Sənaye Klasterinin baş katibi İlhami Keleş deyib.
Baş katib bildirib ki, müdafiə, aviasiya və kosmik texnologiyalar sənayesində 721 şirkət və 22 universiteti birləşdirən SAHA İstanbul Sənaye Klasteri Avropanın ən böyük sənaye klasteri olmağa hazırlaşır.
Keleş onu da qeyd edib ki, "Rusiya-Ukrayna müharibəsi bir daha ölkələrin müdafiə sistemlərinin necə əhəmiyət kəsb etdiyini göstərdi”.
Qeyd edək ki, SAHA İstanbul Sənaye Klasteri Türkiyənin sənaye istehsalının 54%-ni əhatə edən Şimali Mərmərə Bölgəsində fəaliyyət göstərmək məqsədi ilə 17 mart 2015-ci ildə təsis edilib.






