Ukraynanın Qara dəniz sahillərində gözləyən 22 gəmimiz var – Adil Karaismailoğlu

Ukraynanın Qara dəniz sahillərində gözləyən 22 gəmimiz var – Adil Karaismailoğlu

Türkiyənin Ukraynanın Qara dəniz sahillərində gözləyən 22 gəmisi var.

TurkicWorld-un məlumatına əsasən bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu jurnalistlərə açıqlaması zamanı bildirib.

"Hazırda Ukraynanın Qara dəniz sahillərində 100-ə yaxın Türkiyəyə və başqa ölkələrə məxsus gəmilər var. Ukrayna səfiri ilə bu barədə fikir mübadiləsi aparılıb. Həmin gəmiləri oradan tez bir zamanda geri gətirməyi planlaşdırırıq.” – deyə, Karaismailoğlu bildirib.

Xatırladaq ki, Rusiya hərbi qüvvələri bu il fevral ayının 24-dən etibarən Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb. Artıq 51 gündür ki, davam edən bu müharibədə Ankara hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.

Onu da əlavə edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yaxın zamanlarda verdiyi açıqlamalardan birində, əgər Birləşməş Millətlər Təşkilatı (BMT) Rusiyaya qarşı sanksiyalar tətbiq edərsə, Türkiyənin də bu sanksiyalara qatıla biləcəyini qeyd etmişdi.