Ukrayna-Rusiya arasında hər hansı rəsmi görüş barədə danışmaq tezdir – Rusiya XİN

Ukrayna-Rusiya arasında hər hansı rəsmi görüş barədə danışmaq tezdir – Rusiya XİN

Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko Rusiya Federasiyası və Ukrayna XİN rəhbərləri arasında növbəti görüşün mümkünlüyü barədə danışmağın hələ ki tez olduğunu bildirib.

TurkicWorld məlumat verir ki, Rudenko bu barədə İnterfaks-a müsahibəsində açıqlayıb və onu da əlavə edib ki, hələlik Ukrayna tərəfi ilə intensiv video danışıqlar aparılır. Yekun sənədin mətni razılaşdırılmayana qədər hər hansı rəsmi görüş barədə danışmaq tezdir.

Ukraynanın təhlükəsizliyini təmin edə biləcək ölkələrə gəldikdə isə, o bildirib ki, Almaniya və İtaliya zamin olmağa hazır olduqlarını bəyan etsələr də, siyahı hələ də tam formalaşdırılmayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu siyahıda NATO-ya üzv ölkələrdən başqa, bu bloka daxil olmayan dövlətləri, o cümlədən Çini də görmək istədiyini ifadə edib.

Xatırladaq ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təşəbbüsü ilə martın 10-da Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ve Ukrayna Xarici İşlər Naziri Dmitro Kuleba arasında Antalya Diplomatik Forumu çərçivəsində ilk görüş keçirilib.