Yaxın həftələrdə Rusiya və Ukrayna arasında yüksək səviyyəli görüşlər keçirilə bilər - Çavuşoğlu

Yaxın həftələrdə Rusiya və Ukrayna arasında yüksək səviyyəli görüşlər keçirilə bilər - Çavuşoğlu

Bakı. TurkicWorld:

Yaxın 1-2 həftə içində Rusiya və Ukrayna arasında yüksək səviyyəli görüşlər keçirilə bilər.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu "A Haber" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hər iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Dmitro Kuleba görüşməyə hazır olduqlarını bildirib.

"Hələlik dəqiq tarix olmasa da, nazirlər 1-2 həftə ərzində görüşə biləcəklərini bildirmişdi. Əgər hər hansı bir razılıq əldə olunarsa, liderlərin də görüşünü təşkil etmək mümkündür", - deyə M.Çavuşoğlu bildirib.