Ukraynanın xarici işlər naziri İstanbulda Rusiya ilə gözlənilən danışıqlardan danışıb

Ukraynanın xarici işlər naziri İstanbulda Rusiya ilə gözlənilən danışıqlardan danışıb

Bakı. TurkicWorld:

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba martın 28-də Ukrayna mediasının efirində İstanbulda Rusiya ilə gözlənilən danışıqlardan danışıb.

TurkicWorld-un məlumatına görə, o bildirib ki, minimum proqrama humanitar məsələlərin müzakirəsi, maksimum proqrama atəşkəs və bununla bağlı sabit razılaşmanın əldə edilməsi daxildir.

Nazir qeyd edib ki, hazırda tərəflər heç bir məsələ ilə bağlı razılığa gəlməyiblər.

D.Kuleba həmçinin vurğulayıb ki, Ukrayna tərəfi “ərazilərdən, xalqdan və suverenlikdən imtina etməyə” hazır deyil.