Son dəqiqə

Azərbaycan Türkiyə İsrail Ermənistan Rusiya Ukrayna Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Azərbaycan-Ermənistan sülhü bölgə üçün vacibdir - Türkiyə XİN

BAKI,TurkicWorld

Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanmasını gözlədiklərini bildirib

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.

O, daşınma və ticarət dəhlizlərinin isə prosesin sonunda işlək hala gələcəyini vurğulayıb.

Nazir, eyni zamanda Rusiya-Ukrayna müharibəsi kontekstində Ukraynanın sülhə daha yaxın olduğunu da əlavə edib.

Həmçinin, ABŞ Prezidenti Donald Trampın Qəzzanı nəzarətə götürmək və fələstinliləri zorla köçürmək planını dəyərləndirən Fidan, İsrailin soyqırımı siyasətini sərt tənqid edib.

“Ərəb ölkələri ilə bu məsələni müzakirə etdik. ABŞ kimi nüvə gücünə sahib bir ölkənin İsrailin arxasında dayanması region üçün ən böyük təhlükədir. İsrailin əsas strategiyası bombalamaq, əhalini aclığa məruz qoymaq və köçməyə məcbur etməkdir. Burada əsas məsələ ABŞ-ı bu siyasətdən daşındırmaqdır” – deyə o bildirib.

Suriyada həyata keçirilən əməliyyatlarla bağlı da danışan Fidan, Türk və İsrail qırıcılarının bölgədə aktiv olduğunu bildirib.

“Bizim və İsrailin təyyarələri bölgəyə gedib-gəlir. ABŞ və Rusiya ilə keçmişdə qurduğumuz qarşılıqlı toqquşmasızlıq mexanizmi kimi bir sistem İsraillə də qurulmalıdır. Bu istiqamətdə texniki səviyyədə təmaslar normaldır,” – deyə o bildirib.

Mövzuya görə xəbərlər