Rusiya-Ukrayna məsələsində diplomatiyaya yönəlmiş təşəbbüslərimizi davam etdirəcəyik - Ərdoğan

Rusiya-Ukrayna məsələsində diplomatiyaya yönəlmiş təşəbbüslərimizi davam etdirəcəyik - Ərdoğan

Bakı. TurkicWorld:

Rusiya-Ukrayna məsələsində diplomatiyaya yönəlmiş təşəbbüslərimizi davam etdirəcəyik.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Şərtlərin çətinliyini bilirik, lakin yeganə çıxış yolu o diplomatiyaya yönəlmiş səmimi təşəbbüslərimizi davam etdirəcəyik", - R.T.Ərdoğan qeyd edib.

Öz növbəsində Hollandiya baş naziri Mark Rutte bildirib ki, ölkəsi həm Rusiya, həm də Ukrayna ilə dialoq aparmağa qadir olan Türkiyəni tam dəstəkləyir.

"Biz Türkiyənin tutduğu xüsusi mövqeyi başa düşürük", - M. Rutte vurğulayıb.