Son dəqiqə

Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub - MN

Bakı. TurkicWorld:

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Mövzuya görə xəbərlər