Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Aviasiya haqqında Qanununda dəyişiklik edilməsi barədə Fərman imzalayıb

Bakı, TurkicWorld

Prezident İlham Əliyev Aviasiya haqqında Qanununda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

TurkicWorld xəbər verir ki, Fərmana əsasən, müəyyən edilsin ki:

"Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Həmin Qanunun 1.1.2-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.

Mövzuya görə xəbərlər