Məqsədimiz Azərbaycan və Britaniya xalqları arasında möhkəm əlaqələr qurmaqdır - Səfir

Məqsədimiz Azərbaycan və Britaniya xalqları arasında möhkəm əlaqələr qurmaqdır - Səfir

Bizim məqsədimiz Azərbaycan və Böyük Britaniya xalqları arasında möhkəm əlaqələr qurmaqdır.

TurkicWorld-un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Nargis" Fondu tərəfindən təşkil olunmuş və Novruz bayramına həsr olunan yarmarka zamanı deyib.

C.Şarp qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında təkcə diplomatik deyil, həm də təhsil, idman və ticarət sahələrində münasibətlər qurulub.

Səfir əlavə edib ki, bu yarmarkada toplanan vəsait "United Aid for Azerbaijan" (UAFA) fonduna köçürüləcək.

Xatırladaq ki, Böyük Britaniya səfirliyi bu il ölkələr arasında diplomatok münasibətlərin qurulmasının 30 illiyi münasibətilə çoxsaylı tədbirlər keçirir.