Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb

Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfəri başa çatandan sonra Ukraynaya gedib.

TurkicWorld-un məlumatına görə, o, ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb.

M.Çavuşoğlu Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması üçün ölkə liderlərinin qısa zaman ərzində görüşünün təşkil olunmasının vacibliyini vurğulayıb.

"Mənim bu iki səfərimin nəticəsi olaraq döyüşlər barədə qəti fikir demək çətindir, amma onu deyə bilərəm ki, atəşkəs ümidimiz bir az daha artıb. Tərəflərin bir-birinə yaxınlaşmasının mümkün olduğu məsələlərdə anlaşma əldə olunarsa, iki liderin görüşmək ehtimalı artır", - deyə M.Çavuşoğlu bildirib.