Kiyev tərəfdaşları ilə tam qarşılıqlı anlaşmaya malikdir - Zelenski

Kiyev tərəfdaşları ilə tam qarşılıqlı anlaşmaya malikdir - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edib ki, mövcud şərait fonunda ölkənin tərəfdaşları ilə tam qarşılıqlı anlaşma var.

TurkicWorld yreli KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Prezident Aparatının Telegram kanalında yerləşdirilmiş videomüraciətində bildirib.

V.Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Polşa prezidenti Anjey Duda və Lüksemburqun baş naziri Xavier Bethel ilə danışdığını bildirib.

"Qarşılıqlı anlaşma 100 faizdir", - prezident vurğulayıb.

Bundan əlavə, V. Zelenski İsrailin baş naziri Naftali Benet ilə söhbətin ölkədəki böhranın mümkün qədər tez bitirmək üçün danışıqlar səyləri çərçivəsində vacibliyini vurğulayıb.