Türkiyə XİN rəhbəri ukraynalı və rusiyalı həmkarları ilə telefon danışıqları aparıb

Türkiyə XİN rəhbəri ukraynalı və rusiyalı həmkarları ilə telefon danışıqları aparıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 14-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, telefon danışıqlarında Rusiya-Ukrayna münasibətlərindəki böhranın həlli yolları müzakirə olunub.

Qeyd edək ki, Türkiyənin vasitəçilik missiyası ilə Antalya Diplomatik Forumu çərçivəsində martın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında nazir Mövlud Çavuşoğlunun iştirakı ilə görüş keçirilib. Türkiyə məlum böhranın sülh yolu ilə həlli üçün səylərini davam etdirməkdə israrlıdır.