Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib

Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib.

TurkicWorld-un məlumatına görə, o, bunu Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kuleba ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Mən buna inanmıram və inanmaq istəmirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, son illərdə Ukraynada baş verən hadisələr kontekstində nüvə məsələsini Qərb nümayəndələri, ilk növbədə, NATO nümayəndələri ortaya çıxarıb".