Ümidimiz bölgəmizdə sülhü bərpa etməkdir - Çavuşoğlu

Ümidimiz bölgəmizdə sülhü bərpa etməkdir - Çavuşoğlu

Ən çox sülhə ehtiyacın olan bu zamanda, rusiyalı və ukraynalı həmkarlarım Lavrov və Kuleba ilə üçlü formatda görüşdük.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında bildirib.

O qeyd edib ki, ümidimiz bölgəmizdə sülhü bərpa etməkdir.

"Biz Rusiya ilə Ukrayna arasında diplomatiyanın işləməsi üçün səylərimizi davam etdirəcəyik", - deyə əlavə edib.