24 saatlıq atəşkəs istəyimizlə bağlı heç bir irəliləyiş əldə etmədik - Ukrayna XİN rəhbəri

24 saatlıq atəşkəs istəyimizlə bağlı heç bir irəliləyiş əldə etmədik - Ukrayna XİN rəhbəri

Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım.

TurkicWorld xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O, humanitar məqsədlə gəldiyini qeyd edib.

"Biz 24 saatlıq atəşkəs istəyimizi dilə gətirdik. Bununla bağlı heç bir irəliləyiş əldə etmədik. Bu formatda yeni görüşlər apara bilərik", -deyə o əlavə edib.