Türkiyə və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyə və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və onun ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər Ukraynadakı vəziyyət ətrafında müzakirə aparıblar.

M.Çavuşoğlu Türkiyə tərəfinin Ukrayna ilə Rusiya arasında əhali üçün humanitar dəhlizlər yaradılması və mümkün müvəqqəti atəşkəs barədə razılığa gəlməsindən məmnun olduğunu ifadə edib.

Bildirilib ki, sözügedən dəhlizlər, eyni zamanda bölgələrə humanitar yardım çatdırılmasını da asanlaşdıracaq.