BAKI, TurkicWorld
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Xocalı Soyqırmı ilə əlqəliu paylaşım edib.
TurkicWorld xəbər verir ki, bu barədə nazirlik X sosial media hesabında post paylaşıb.
"33 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Allahdan rəhmət diləyir, #Azərbaycan Türk qardaşlarımızın dərdini paylaşırıq",- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 1992-ci ilin 25-dən 26-na keçən gecə, Azərbaycan tarixində silinməz bir faciə yaşandı. Qarabağın Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldı. Bu hücum nəticəsində dinc əhali – qadınlar, uşaqlar, yaşlılar amansızcasına qətlə yetirildi. Xocalı Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayət kimi tarixə düşdü.
Xocalının strateji mövqeyi erməni silahlı qüvvələrinin şəhərə olan hücumunu daha da amansız etdi. Soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Minlərlə insan yaralandı, yüzlərlə ailə evsiz qaldı, 1275 nəfər girov götürüldü və çoxları itkin düşdü.
Bu qanlı gecənin izləri illər keçməsinə baxmayaraq Azərbaycan xalqının yaddaşında hələ də təzədir. Xocalı faciəsi təkcə Azərbaycan üçün deyil, insanlıq üçün böyük bir dərsdir. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı, günahkarlar ədalət qarşısında cavab verməlidir.
Hər il 26 fevralda Azərbaycan xalqı Xocalı şəhidlərini dərin ehtiramla yad edir. Bu, həm bir matəm günü, həm də ədalət axtarışının təcəssümüdür. Xocalının harayı dünyaya səslənir: "Unutma, unutdurma!"
Tarihin Kara Lekesi; #HocalıKatliamı…
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 26, 2025
33 yıl önce Hocalı’da acımasızca katledilen soydaşlarımıza Allah’tan rahmet diliyor, #Azerbaycan Türkü kardeşlerimizin acısını paylaşıyoruz. #MillîSavunmaBakanlığı pic.twitter.com/1XAqhfIspG