Kamran Əliyev

Prokurorluq orqanları tərəfindən ötən il 75 milyon manat ziyanın ödənilməsi təmin edilib - Kamran Əliyev

Bakı, TurkicWorld

2024-cü ildə prokurorluq orqanları tərəfindən 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

TurkicWorld xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən Geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

Mövzuya görə xəbərlər