Son dəqiqə

Azərbaycan XİN

Azərbaycan XİN Gürcüstana başsağlığı verdi

Bakı, TurkicWorld

Abxaziyanın (Gürcüstan) Qali rayonunda beş uşağın həyatına son qoyan faciəli yanğın bizi dərindən kədərləndirdi.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında qeyd edib.

"Bu dağıdıcı hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk", - deyə bildirilib.

Xatırladaq ki, Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşaq faciəli şəkildə həyatını itirib. Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib. Yanğın nəticəsində kənddəki taxta ev tamamilə külə dönüb.

Mövzuya görə xəbərlər