Bakının Aİİ ilə istənilən formatda dialoqunun inkişafı ticarətin intensivləşməsinə töhfə verəcək - Rusiya XİN

Bakının Aİİ ilə istənilən formatda dialoqunun inkişafı ticarətin intensivləşməsinə töhfə verəcək - Rusiya XİN

Rəsmi Bakının Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqunun istənilən formatda inkişafı ticarətin intensivləşməsinə, nəqliyyat və logistika infrastrukturunun inkişafına töhfə verərdi və ümumilikdə regionun bütün dövlətləri üçün faydalı olardı.

TurkicWorld-un məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov deyib.

"Bununla belə, qeyd etmək lazımdır ki, İttifaqla qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması barədə qərar bütün üzv dövlətlərin və maraqlı tərəfin razılığı əsasında belə bir addımın mümkün iqtisadi nəticələrinin hərtərəfli təhlilinin nəticələrinə əsasən qəbul edilir. Biz öz tərəfimizdən tərəfdaşlarımıza lazımi informasiya dəstəyi veririk”, - deyə o bildirib.