Son dəqiqə

Cahit Bağcı Türkiyə və Azərbaycan münasibətləri

Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəflənir - Cahit Bağçı

Türkiyə-Azərbaycan arasında ticarət razılaşmaları həcminin 15 milyard dollara çatdırılması hədəflənir.

Bunu TurkicWorld-un suallarına cavab olaraq Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı deyib.

Onun sözlərinə görə, 5 min türkiyəli iş adamının Azərbaycanda qeydiyyatda olan şirkətləri var.

“Bunlar Azərbaycanda ticarətin, iş birliklərinin inkişafına töhfə verir. Türkiyə xidmət, turizm, səhiyyə, qida sektorunda öndə olan ölkələr sırasındadır. Türk iş adamlarının da bu sahələrdə fəaliyyəti bizim üçün çox önəmlidir. Bakıda da bu sahələrdə çalışan insanların sərf etdiyi əmək hər iki ölkəyə də ayrı-ayrı məqamlarda töhfələr verir və verəcək. Türkiyə və Azərbaycan münasibətləri köklü münasibətlərdir. İki ölkə arasındakı əlaqələr getdikcə dərinləşir. İstər hərbi, istər energetika, istərsə də iqtisadi əlaqələrimiz yüksələn xətlə inkişaf edir”, - deyə o qeyd edib.

Səfir, həmçinin bildirib ki, Türkiyə-Azərbaycan arasında ticarət razılaşmaları hazırda 4 milyard dolları keçib.

“İki ölkə arasındakı ticarət anlaşmalarının həcminin 15 milyard dollara çatdırılması hədəflənir. Azərbaycanın hər bölgəsində yeni iş yerləri yaradılır. Aqrar sahədə, əczaçılıq sahəsində investisiyalar üçün icazələr alınıb və yaxında bu sahədə də yeniliklərə imza atılacaq. Eyni zamanda, enerji sahəsindəki iş birlikləri getdikcə böyüyür”, - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər