İran və Azərbaycan ticarət dövriyyəsinin həcmi açıqlanıb

İran və Azərbaycan ticarət dövriyyəsinin həcmi açıqlanıb

İran və Azərbaycanın ticarət dövriyyəsinin həcmi 400 milyon dollardır.

Trend xəbər verir ki, bunu İran Azərbaycandakl səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

S.A.Musəvinin sözlərinə görə, bu rəsmi ticarət dövriyyəsinin rəqəmidir.

"İki ölkə əhalisinin də ticarəti var ki, bu rəqəm rəsmi ticarətdə qeyd olunmur. Ötən ildə iki ölkənin ticarət dövriyyəsi 30% artıb. Azərbaycanın İrana məhsul ixracı 11% artıb. Bu yaxın gələcəkdə əməkdaşlıq komissiyasının iclasında iki ölkənin ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması haqqında müzakirələr aparılacaq", - deyə səfir əlavə edib.