Son dəqiqə

COP29 Konqo

Konqo Prezidenti Azərbaycana səfərə gəlib

Bakı, TurkicWorld

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

TurkicWorld xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Mövzuya görə xəbərlər