Bakı, TurkicWorld
Qazaxıstan bundan sonra da Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
TurkicWorld Akorda-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan prezidenti Vaaqn Xaçaturyanı Astanada qəbul edərkən deyib.
"Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin bundan sonra da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib", - deyə Akordanın məlumatında deyilir.
Xatırladaq ki, mayın 10-u Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar baş tutub.