Son dəqiqə

İsrail İran

İranın İsrailə endirdiyi zərbələrin hədəfləri açıqlanıb

Bakı, TurkicWorld

İran İsrailin Hərbi Hava Qüvvələrinin iki bazasına və bu ölkənin kəşfiyyat xidməti "Mossad"ın qərargahına hücum edib.

TurkicWorld xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri bildirib.

"Biz "Mossad"ın qərargahına, Nevatim və Hatzerim hava bazalarına, həmçinin raket əleyhinə müdafiə radarlarına və İsrail tanklarına hücum etdik", - deyə Baqeri bildirib.

Qeyd edək ki, dünən İran tərəfi İsrail ərazisinə onlarla raket buraxıb. Raket hücumunun nəticələri barədə hələki rəsmi məlumat yoxdur.

Mövzuya görə xəbərlər