Son dəqiqə

MSK

36 seçki məntəqəsi üzrə komissiyaların buraxılması təklif edilib

Bakı, TurkicWorld

Sosial şəbəkədə 1500-dən yuxarı paylaşım olub.

TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bunların hamısını araşdırıblar:

"Biz ölkəmizin seçicilərinin iradəsinə təsir edənlərin 0 olduğunu göstərməyə çalışacağıq. Bütün araşdırmalar nəticəsində aydın oldu ki, bəzi tədbirlər görülməlidir. Bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb. Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır".

Rövzət Qasımov həmin 36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasını təklif edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Mövzuya görə xəbərlər