Bakı, TurkicWorld
Serbiya və Azərbaycan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin göstəricisi iki ölkə arasında mütəmadi keçirilən görüşlərdir.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiya xarici işlər naziri Marko Djuric ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, müzakirələr kontekstində ikitərəfli münasibətlərdən əlavə olaraq, beynəlxalq təşkilatlarda aparılan əməkdaşlıqda müzakirə edilib.
"Azərbaycan Serbiya münasibətlərində hər zaman qarşılıqlı dəstək və hörmət, bir-birinin daxili işlərə qarışmamaq önəmli məqamlardan biridir. Bugün 2024-cü ilin Azərbaycanın COP29-a ev sahibliyinin önəmini nəzərə alaraq bu istiqamətdə əməkdaşlıq imkanları ilə bağlı müzakirələr apardıq. COP29 prezidenti Muxtar Babayevində Serbiyaya səfəri nəzərdə tutulur.
Ölkələrimiz arasında parlament sahəsində də faydalı əməkdaşlıq davam edəcək. İki ölkə arasında iqtisadi sahə xüsusi önəm kəsb edir. 2024-cü ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsində əhəmiyyətli artım var. Bu ildən etibarən Azərbaycan qazının Serbiya bazarına çatdırılacaq. Qazın həcminin 1 milyard kub metrə çatdırılması nəzərdə tutulub.
Ümumilikdə bir sıra yeni potensial sahələr haqqında da müzakirələr aparıldı",- deyə nazir əlavə edib.
Yenilənəcək...