Bakı, TurkicWorld
MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli deputatlığa namizədliyini irəli sürməyib.
TurkicWorld xəbər verir ki , bu haqda o “X” sosial şəbəkəsində yazıb.
“Əziz Həmvətənlərim, dəyərli Dostlar !Sizlərdən gələn çoxsaylı suallara, tələblərə, dəyərli təkliflərə münasibət bildirməyi özümə borc bilir, təşəkkür edirəm. Mən Milli Məclisə növbədənkənar parlament seçkilərində iştirak etməyi planlaşdırmamışam, namizədliyimi irəli sürməmişəm.Xalqa xidmət, vətənə xidmət peşəsindən asılı olmayaraq istənilən sahədə çalışan, əmək verən vəzifə mənsublarının, vətəndaşlarımızın ülvi vətəndaşlıq borcudur. “BİZ”in bir parçası olaraq mən də bu istiqamətdə səy göstərirəm.
Dövlətimizin ali qanunverici orqanı olan Milli Məclisimizə keçirilən seçkilər xüsusi əhəmiyyətlidir. Bu seçkidə də bütün layiqli namizədlərə uğurlar, müvəffəqiyyətlər arzu edirəm ! Layiqli qazansın, layiqli təmsil etsin !”- deyə Cabirli yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.