Son dəqiqə

Rusiya Cənubi Qafqaz

Azərbaycan və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Bakı, TurkicWorld

Azərbaycan və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

TurkicWorld bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr keçirib.

Qeyd olunur ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti və qonşu regionlardakı hazırki vəziyyəti müzakirə ediblər. Avropa İttifaqı (Aİ) və NATO problemləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, qarşılıqlı maraq kəsb edən bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulub.

Mövzuya görə xəbərlər