Son dəqiqə

Türkiyə Türk Dövlətləri Təşkilatı Cevdet Yılmaz

Bugünkü qlobal sınaqlara qarşı ən güclü dəstəyimiz Türk dünyasının birliyidir - Cevdet Yılmaz

Şuşa, TurkicWorld

Bugünkü qlobal sınaqlara qarşı ən güclü dəstəyimiz Türk dünyasının birliyi və həmrəyliyidir.

TurkicWorld xəbər verir ki, bu barədə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdət Yılmaz bildirib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bu birliyin və həmrəyliyin ən konkret təzahürüdür.

"Biz hamımız Türk Dövlətləri Təşkilatının əldə etdiyi əməkdaşlıq səviyyəsi ilə fəxr edirik. Dünyanın iqtisadi ağırlıq mərkəzlərinin dəyişdiyi, coğrafiyamızın əhəmiyyətinin artdığı bir dövrdə türk dünyası olaraq ölkələrimiz arasındakı əlaqələri daha da gücləndirəcəyimizə inanıram. Türk İnvestisiya Fondunun türk dünyasının iqtisadi və ticari inkişafına böyük töhfə verəcəyinə ürəkdən inanıram. Bildirmək istərdim ki, Macarıstanın da Fonda üzv olmaq üçün müraciət etməsi bizi sevindirir", - deyə C.Yılmaz deyib.

Mövzuya görə xəbərlər