Bakı. TurkicWorld:
Ermənistan Qərbin təzyiqi altında Xarici İşlər və Müdafiə Nazirlikləri xəttilə Rusiya ilə təmaslardan çəkinir.
TurkicWorld xəbər verir ki, bu barədə "TASS"a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"2023-cü ilin noyabrından etibarən xarici işlər nazirlərinin görüşü olmayıb. Tərəfdaşlar Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr üçün növbəti planın hazırlanması və yekunlaşdırılması təklifimizə maraq göstərmədi. Müdafiə Nazirlikləri xəttilə təmasların dinamikasının nəzərəçarpan dərəcədə azalması bizim təqsirimiz ucbatından deyil",- o deyib.
Bundan başqa, Rusiya XİN rəhbərinin müavini İrəvan və Moskva arasında hərbi-texniki əməkdaşlığın da zəiflədiyini əlavə edib.