Son dəqiqə

Qazax

Qazaxın azad edilən 4 kəndində minatəmizləmə ilə bağlı aparılan işlər açıqlanıb

Bakı. TurkicWorld:

Qazaxın işğaldan azad edilən 4 kəndində minatəmizləmə ilə bağlı aparılan işlər açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

"Biz tapşırıqlara uyğun işləyirik. Tapşırıq gəldikdə dəyərləndiririk. Texnika və avadanlıqlar ayırırıq. Həmin ərazilərə hazırda ANAMA-nın 2 minatəmizləmə maşını cəlb olunub", - deyə o bildirib.

Mövzuya görə xəbərlər