Son dəqiqə

Azərbaycan Bakı Qazax

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, sürücü ölüb

BAKI,TurkicWorld

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub.

TurkicWorld-ün məlumatına görə, hadisə bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı iki yük avtomobili toqquşub.

Qəza nəticəsində "Mercedes Atego" markalı yük avtomobilinin sürücüsü, 46 yaşlı Cabbar Cabbarov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər