Son dəqiqə

Azərbaycan Serbiya

Azərbaycan və Serbiyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

Bakı. TurkicWorld:

Mayın 27-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən xəbərə görə, qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu sahədə qazanılan beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.
Serbiyalı nümayəndələr öz növbələrində CIMIC proqramının əhəmiyyətini qeyd edib və bu istiqamətdə görülən işlərdən danışıblar.
Sonda təqdim olunan brifinqlər ətrafında müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Mövzuya görə xəbərlər