Son dəqiqə

Qazaxıstan Ceyhun Bayramov

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Bakı. TurkicWorld:

10 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə TurkicWorld-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, səfər çərçivəsində Alma-Ata şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Mövzuya görə xəbərlər