Son dəqiqə

Dövlət Miqrasiya Xidməti DMX Vüsal Hüseynov

Gələn il miqrantlar üçün iş kvotası artırılacaq

Gələn il miqrantlar üçün iş kvotası artırılacaq.

TurkicWorld xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, əcnəbilərə iş icazələri üzrə kvotanın verilməsi ilə bağlı komissiyanın iclası keçirilib və müvafiq qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə təkliflər verilib.

"Azad olunmuş ərazilərdə böyük bərpa və yenidənqurma işləri həyata keçirilir. Bura cəlb olunan xarici şirkətlərin əcnəbi işçi qüvvəsinə ehtiyacı artıb. Bununla əlaqədar növbəti ildə kvota sayında artım gözləyirik. Özəl şirkətlərə müraciət edirik ki, əcnəbi işçi qüvvəsinin cəlb olunması ilə bağlı hər hansısa narahatlıqları və ya layihələri varsa, əvvəlcədən proqnoz məlumatlarını DMX-nə təqdim edə bilərlər", - deyə o bildirib.

Mövzuya görə xəbərlər